SƏHİYYƏ

COVID xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti artdı

Əlavənin verilməsi yanvarın 2-dən aprelin 2-nə qədər uzadılıb.
Sputnik
BAKI, 17 yanvar - Sputnik. Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi yanvarın 2-dən aprelin 2-nə qədər uzadılıb.