BAKI, 17 yanvar — Sputnik. Vaşinqton Kiyev rejimini maliyyələşdirməyə davam etməklə Ukraynanı məhv edəcək.
Bu barədə Rusiya mediası amerikalı jurnalist və teleaparıcı Taker Karlsonun "Tucker Carlson Uncensored" verilişində söylədiklərinə istinadən xəbər verib.
"ABŞ çox güman ki, Amerika vergi ödəyicilərindən ümumilikdə yarım trilyon dollar çıxaracaq. Buna görə də soruşmaq ədalətli olar: bunun müqabilində nə alacaqlar?" - jurnalist qəzəblənərək bildirib.
Karlson hesab edir ki, amerikalılar bunun müqabilində bütöv ölmüş ukraynalıların nəslini və yer üzündən tamamilə silinmiş Ukraynanı, eləcə də Amerikanın daha da zəif və kasıb olmasını əldə edəcəklər.
O, həmçinin xatırladıb ki, ABŞ-ın respublikaçı partiyasından olan konqresmenləri əvvəllər Ukraynaya dəstəyin tərəfdarı kimi çıxış ediblər, lakin bunun mənasızlığı və faciəvi nəticələrinin olması ilə onlar öz mövqelərini dəyişiblər.
Bu yaxınlarda Karlson qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın qələbəsinin qaçılmazlığına inanmaqdan imtina edir, lakin dəstəyin səviyyəsindən asılı olmayaraq, Ukrayna döyüş meydanında qalib gəlmək iqtidarında deyil.