RUSİYA

Zaxarova Lavrovu vurmaq istəyini bəyan edən Kulebanı qeyri-adekvat adlandırıb

Zaxarova qeyd edib ki, “Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvatlığı” hamıya məlum olan faktdır.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovu vurmaq istədiyini etiraf edən Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanı “qeyri-adekvat” adlandırıb.
Bu barədə “İzvestiya” yazıb.
Bundan əvvəl, Kuleba müsahibəsində Lavrovu 2022-ci ilin martında Antalyada keçirilmiş görüşdə vurmaq istədiyini bildirmişdi.
Nəşrin müxbirləri ilə söhbət zamanı Zaxarova qeyd edib ki, “Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvatlığı” hamıya məlum olan faktdır.
Rusiya XİN nümayəndəsi izah edib ki, “savadsız aqressiv insanlar nazir adı altında Amerikanın pulları üçün Ukraynanı xarabalığa çevirməkdən ötrü işə götürülüblər”.
Eyni zamanda, Zaxarova Kulebanı özünü Xarici İşlər Nazirliyində deyil, qaydasız döyüşlərdə sınamağa dəvət edib.
Bundan əvvəl, Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqına xəyanət etdiyini açıqlamışdı.