CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulmur - Rəsmi açıqlama

Komitə sədri bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib və bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro xəttinin inşası nəzərdə tutulmur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib: "Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. Bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur".
Qeyd edək ki, bu günlərdə bəzi media orqanları 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsinin nəzərdə tutulduğunu yazmışdılar.