RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Volodin: Xüsusi Hərbi Əməliyyatın başlanması üçüncü dünya müharibəsinin qarşısını aldı

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib ki, Kiyev rejiminin nümayəndələri məsuliyyətə cəlb edilməlidir.
Sputnik
BAKI, 16 yanvar - Sputnik. Xüsusi hərbi əməliyyatın başlanması üçüncü dünya müharibəsinin qarşısını alıb.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
O, vurğulayıb ki, Xüsusi Hərbi Əməliyyatın məqsədləri əldə ediləcək - Ukrayna sərbəst, neytral və Qərb ölkələrindən gətirilən silahsız olacaq.
“Xüsusi əməliyyatın başlaması üçüncü dünya müharibəsini dayandırdı. Nə baş verə biləcəyini düşünün: humanitar fəlakət, milyonlarla ölü. Ukrayna azad olmalıdır, neytral dövlət olmalıdır, xaricdən silah gətirilməməlidir”, - deyə Volodin qeyd edib.
Dövlət Dumasının sədri əlavə edib ki, Kiyev rejiminin nümayəndələri məsuliyyətə cəlb edilməlidir, nasizmlə mübarizə isə davam etdiriləcək.
Bundan əvvəl Volodinin Dövlət Dumasının ilk plenar iclasından əvvəl Rusiya Prezidenti Vladimir Putinlə danışdığı bildirilirdi. Volodinin sözlərinə görə, Rusiya lideri ondan deputatlara ən xoş arzularını çatdırmağı xahiş edib.