RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin: Ukraynanın dövlətçiliyi tezliklə sual altında qalacaq

Putin Kiyevin danışıqlardan imtina etməsini tənqid edib.
Sputnik
BAKI, 16 yanvar - Sputnik. Ukraynanın dövlətçiliyi tezliklə sual altında qalacaq.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub və belə davam edərsə, tezliklə Ukraynanın dövlətçiliyi sual altında qalacaq.
Putin Kiyevin danışıqlardan imtina etməsini tənqid edib. O qeyd edib ki, əgər Ukrayna hakimiyyəti düzgün qərar versəydi, hər şey çoxdan bitərdi.