AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Lənkəran və Neftçalada səfərdə olub

Prezident İlham Əliyev yanvarın 16-da Lənkəran və Neftçala rayonlarına səfər edib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Lənkəranda səfərdə olub
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala rayonuna səfər edib.
Dövlət başçısı Neftçala şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Lənkəranda səfərdə olub
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.
Dövlət başçısı "Lenk Frut" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.