RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyevə Rusiya ilə sülh üçün ərazilərdən və NATO-dan imtina etmək məsləhət görülüb

Vaqenknext Kiyevə Rusiya ilə sülh üçün ərazilərdən və NATO-dan imtina etməyi tövsiyə edib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarına başlamaq üçün güzəştə getməlidir.
Almaniyalı siyasətçisi Sara Vaqenknext belə hesab edir.
O, “Tagesschau” telekanalının efirində müvafiq bəyanatla çıxış edib.
Onun sözlərinə görə, birincisi, söhbət Ukraynanın Şimali Atlantika Alyansına qoşulması perspektivindən imtina etməkdən gedir.
“İkincisi, Kiyev ərazi güzəştlərinə gedə bilər ”, - deyə Vaqenknext qeyd edib.
Onun fikrincə, Ukrayna və Qərb üçün bu gün danışıqlardakı mövqe iki il əvvəlkindən daha pisdir.
O, həmçinin bildirib ki, Kiyevin danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün silah tədarükü ilə bağlı tezis təsdiqlənməyib və “əks vəziyyət yaranıb”.
Bundan əvvəl NATO-ya üzv ölkələr 2024-cü ildə Ukraynaya milyardlarla avro dəyərində yeni dəstək vermək planlarını açıqlamışdılar.