BAKI, 16 yanvar — Sputnik. Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır.
Bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Eldar Əzizov bildirib.
O qeyd edib ki, Xəzər dənizinin səviyyəsi radikal azalıb: "Tarix boyu iqlim dəyişikliyi ilə bağlı suallara konkret cavab tapılmayıb. Ölkə başçısı bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıq verib. Hazırda Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır".