BAKI, 16 yanvar - Sputnik. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub.
Komitədən Report-a verilən məlumata görə, Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.
O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ilin may ayında isə vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.
DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.