BAKI, 16 yanvar — Sputnik. Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu 5-10° isti, dağlarda 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.