BAKI, 16 yanvar — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya xarici riskləri neytrallaşdırıb və iqtisadiyyatını davamlı inkişaf trayektoriyasına salıb, hər sahədə müsbət dəyişikliklər var.
Mişustin "Rusiya" sərgisində Maliyyə Günü çərçivəsində keçirilən plenar iclasda deyib: "Hər sahədə müsbət dəyişikliklər göz qabağındadır. Biz xarici riskləri neytrallaşdıra və iqtisadiyyatı davamlı inkişaf trayektoriyasına sala bildik".
O qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyinin ilkin hesablamalarına əsasən, ötən ilin 11 ayı ərzində ölkədə ÜDM 3,3 faiz, emal sənayesi isə 7,5 faiz artıb.
Onun sözlərinə görə, bütün bunlar prezidentin tapşırıqlarının və hökumətin gördüyü işlərin, o cümlədən milli məqsədlərə nail olunmasının, strateji təşəbbüslərin və dövlət proqramlarının həyata keçirilməsinin nəticəsidir.
Baş nazir əlavə edib ki, "Rusiya" sərgisində ölkənin uğurları ilə fəal maraqlanan çoxlu xarici qonaqlar olub.
"Biz konstruktiv və əməkdaşlığa açıq olan hər kəsi salamlayırıq", - Mişustin əlavə edib.