SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib - KİV

Rusiya və Ermənistan mətbuatında yayılan məlumatlara görə, Avropa Parlamenti Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan tərəfi fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə müşahidəçi göndərmək üçün Avropa Parlamentini dəvət etməyib.
Bu barədə "Report"a diplomatik mənbədən məlumat verilib.
"Avropa Parlamenti bəyan edib ki, Azərbaycandakı seçkiləri müşahidə etməyəcəklər. Amma Avropa Parlamentinə müşahidə üçün heç dəvət də göndərilməyib",- mənbədən bildirilib.
Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatında yayılan məlumatlara görə, Avropa Parlamenti Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib. "Biz seçki prosesini izləməyəcəyik və müvafiq olaraq nə prosesin özü, nə də nəticələr barədə şərh verəcəyik", - Avropa Parlamentinin aparıcı üzvləri vurğulayıb.