BAKI, 16 yanvar — Sputnik. Şimal dənizinin dibində sualtı dəliklər əvvəllər düşünüldüyü kimi metan buraxılması səbəbi ilə deyil, dəniz heyvanlarının fəaliyyəti nəticəsində əmələ gəliblər.
Kiel Universitetinin geoloqu Jens Şneider fon Daymlinq belə nəticəyə gəlib.
O qeyd edib ki, bu cür dəliklərin əmələ gəlməsində davranışları və ətraf mühitlə qarşılıqlı əlaqələri böyük əhəmiyyət kəsb edən adi dəniz donuzları və qum dənəcikləri əsas rol oynayırlar. Bu araşdırmanın nəticələri ilk dəfə olaraq göstərib ki, sualtı dəliklərin əmələ gəlməsi, əslində alimin özünün vurğuladığı kimi digər amillərdən deyil, bu dəniz heyvanlarının davranışından asılıdır.
Bu iş “Communications Earth & Environment” elmi jurnalında dərc olunub.