RUSİYA

"Wildberries" şirkəti yanğından sonra 16 işçisini tapa bilmir

Satıcılara ilk təzminat elə bu gündən ödəniləcək, yanğın nəticəsində malları itmiş alıcıların pulu da tam geri qaytarılacaq.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərində "Wildberries" anbarında baş verən yanğından sonra 16 işçi itkin düşüb. Bu barədə şirkət məlumat yayıb. Həmçinin bildirilir ki, satıcılara ilk təzminat elə bu gündən ödəniləcək, yanğın nəticəsində malları itmiş alıcıların pulu da tam geri qaytarılacaq.
Xatırladaq ki, yanvarın 13-də "Wildberries"də yanğın başlayıb, onu ancaq yanvarın 14-də günortadan sonra söndürmək mümkün olub.
Yanğına beşinci mürəkkəblik dərəcəsi (ən yüksək) verilib. Hadisə nəticəsində 22 yaşlı qız xəsarət alıb, həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.