DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sülh müqaviləsində "Zəngəzur dəhlizi" ilə bağlı hər hansı bənd ola bilməz - Alen Simonyan

Ermənistan parlamentinin spikeri bildirir ki, Ermənistan nəinki yolu açmağa, həm də sadələşdirilmiş gediş-gəliş proseduru imkanlarını nəzərdən keçirməyə hazırdır.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Bakı ilə sülh müqaviləsində "Zəngəzur dəhlizi" ilə bağlı hər hansı bənd ola bilməz. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan prezidentinin bəyanatlarını şərh edərkən bildirib.
"Razılaşmada Zəngəzur dəhlizi ilə bağlı heç bir bənd yoxdur və ola da bilməz", - Simonyan bildirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan
O əlavə edib ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratmaq istəyi başa düşüləndir və Ermənistan nəinki yolu açmağa, həm də sadələşdirilmiş gediş-gəliş proseduru imkanlarını nəzərdən keçirməyə hazırdır.
"Eyni zamanda, heç bir ekstraterritorial dəhlizdən söhbət gedə bilməz,", - Simonyan vurğulayıb.
"Bu, artıq Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti ilə razılaşdırılmış üç əsas prinsipin yer aldığı bəyanatda cəmlənib. Müvafiq bəyanat ötən il iyulun 15-də verilib. İrandan keçməklə Naxçıvana gedən yola gəlincə, Ermənistan Azərbaycana da eyni şərtləri təklif etməyə hazırdır. Ermənistan parlamentinin rəhbərinin sözlərinə görə, bu, daha qısa və daha ucuz olacaq", - Simonyan bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.