RUSİYA

Rusiya təyyarə istehsalını genişləndirəcək - Mişustin

Rusiyanın baş naziri Mixail Mişustin baş nazir müavinləri ilə operativ müşavirə keçirib.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Rusiya hökuməti təyyarələrin, mühərriklərin və cihazların istehsalının genişləndirilməsi proqramını təsdiqləyib. TASS xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin baş nazir müavinləri ilə operativ müşavirədə deyib.
“Hökumət təyyarələrin, mühərriklərin, alətlərin və müvafiq aqreqatların istehsalının genişləndirilməsi üzrə kompleks proqramı təsdiq edib və onun maliyyələşdirilməsi üçün Milli Rifah Fondunun vəsaitindən istifadə edilməsinə icazə verib. Qaytarıla bilən əsasda belə məqsədlər üçün 280 milyard rubldan çox vəsait cəlb etmək mümkün olacaq”, - deyə hökumət rəhbəri bildirib.
İnfoqrafika: Geniş gövdəli uzun mənzilli təyyarə İl-96-400M
Onun sözlərinə görə, növbəti altı il ərzində Rusiyada 600-dən çox yerli təyyarə inşa olunmalıdır:

“Növbəti 6 il ərzində ümumilikdə 600-dən çox yerli təyyarə inşa olunmalıdır”.

Rusiya aviaşirkətlərinin donanmasının əsasını SSJ-New, MC-21-310, İl-114-300, Tu-214 və İl-96-300 təyyarələri təşkil edəcək.
Mişustin onu da deyib ki, sanksiyalar şəraitində müasir hava donanması ölkənin regionlarının əlaqəsi üçün böyük əhəmiyyət kəsb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.