RUSİYA

Putin Şimali Koreyaya gedə bilər

Kreml rəsmisi həmçinin Rusiya və Şimali Koreya xarici işlər nazirləri arasında görüşün məhsuldar keçəcəyinə inamını ifadə edib.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Şimali Koreyaya gedə bilər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.
D.Peskov söyləyib ki, Rusiya Şimali Koreya ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək niyyətindədir.
Kreml rəsmisi həmçinin Rusiya və Şimali Koreya xarici işlər nazirləri arasında görüşün məhsuldar keçəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xin Rusiyada səfərdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.