DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask ABŞ lideri postuna namizəd Ramasvamiyə güvəndiyini bildirib

Respublikaçı namizəd Vivek Ramasvami özü haqqında bu müsbət şərhi şəxsi səhifəsində paylaşıb.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə hansı namizədə daha çox güvəndiyini bildirib.
Şərh iş adamının X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yer alıb.
İstifadəçilərdən biri Maska sual verib. O, sahibkarın respublikaçı namizəd Vivek Ramasvamiyə etibar edib-etmədiyini soruşub.
"Bəli", - deyə Mask qısaca cavab verib.
Siyasətçi özü haqqında bu müsbət şərhi şəxsi səhifəsində paylaşıb.
Daha əvvəl Mask 2024-cü ilin əvvəlki illərdən daha “dəlisov” olacağını bəyan etmişdi. Onun fikrincə, “dörd illik dəlilikdən” sonra yaxşı nəyəsə ümid etməyin mənası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.