CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında" qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, "QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Nazirliyin QHT-lərdən illik maliyyə hesabatlarını alması "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram"ı vasitəsilə həyata keçirilir.
Bunun üçün WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək olar.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.