RUSİYA

Lavrov Abdullahiyanla hansı mövzuları müzakirə edib?

Nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə olunması və zərər çəkmiş mülki əhaliyə yardımın göstərilməsi üçün anklava maneəsiz humanitar çıxışın təmin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
XİN rəhbərləri telefon danışığında Yaxın Şərqdə gərginliyin artmasını müzakirə ediblər. Bundan başqa, tərəflər ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə kütləvi hücumlarını kəskin şəkildə pisləyib.

"Yaxın Şərqdə gərginliyin artmasına xüsusi diqqət yetirilib. Xarici işlər nazirliklərinin rəhbərləri ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisində törətdiyi kütləvi hücumları qətiyyətlə pisləyiblər", - Rusiya XİN-in məlumatında bildirilib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə olunması və zərər çəkmiş mülki əhaliyə yardımın göstərilməsi üçün anklava maneəsiz humanitar çıxışın təmin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.