TƏHLİL

ABŞ Tayvan vasitəsilə qeyri-müəyyənlik yaratmağa ümid edir - Politoloq

Politoloqu deyir ki, Pekin Vaşinqtonu mümkün sərt bəyanatlara, ən əsası isə Tayvana qarşı hərəkətlərlə bağlı xəbərdar edib.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Yanvarın 13-də Tayvanda “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni lideri postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde qalib olub. 2020-ci ildən ölkəsinin vitse-prezidenti olmuş Sinde səslərin 40,05 %-ni toplayıb.
Politoloq İlqar Vəlizadə Tayvanda keçirilmiş seçkiləri SputniK Azərbaycan üçün şərh edib.
Politoloq bildirib ki, bu hadisədən əvvəl Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və ölkənin yeni xarici işlər naziri vəzifəsinə əsas namizəd adlandırılan Çinin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lü Tszyançao arasında kifayət qədər gərgin danışıqlar aparılıb.
İlqar Vəlizadə, arxiv
Politoloqu deyir ki, Pekin Vaşinqtonu mümkün sərt bəyanatlara, ən əsası isə Tayvana qarşı hərəkətlərlə bağlı xəbərdar edib:
"Aydındır ki, seçkiqabağı ehtirasların qızğın olduğu bir şəraitdə Ağ Evin Tayvan mövzusu ilə cəsarətlənə biləcəyini anlayan Çin hakimiyyəti Taybeyə bütün lazımi dəstəyi göstərəcəyini açıq şəkildə bildirərək ABŞ administrasiyasının hərəkətlərinin qarşısını almağa qərar verib və ikitərəfli dialoqu normallaşdırmaq üçün bütün səyləri, xüsusən də keçən ilin payızında San-Fransiskoda keçirilən görüşdən sonrakı təşəbbüsləri aradan qaldıracağını açıq şəkildə ifadə edib".
Politoloqun fikrincə, ABŞ Tayvan problemlərinə dair əvvəlki yanaşmalarını tamamilə dəyişməyə hazır deyil:

"Baxmayaraq ki, amerikapərəst namizədin "qiyamçı ada"nın prezidenti seçilməsi xəbərindən sonra Bayden ABŞ hakimiyyətinin Tayvanın müstəqilliyini dəstəkləmədiyini bildirib. Eyni zamanda, ABŞ administrasiyası hələ də ÇXR-in hücumu halında adanı müdafiə etməyə hazır olduğunu təkidlə ifadə edir. Əslində, ABŞ və onun müttəfiqləri Tayvanda separatizmi dəstəkləməklə və regionda mövqelərini gücləndirməklə vəziyyəti öz hərbi-siyasi maraqlarına uyğun manipulyasiya etmək üçün uzunmüddətli qeyri-müəyyənlik yaratmağa ümid edirlər. Çin ətrafında Yaponiya və Cənubi Koreyadan Tayvana qədər müttəfiqlərdən ibarət dəmir "halqa" yaratmaqla, Vaşinqton Çinin Asiya-Sakit okean regionunda artan ambisiyalarını cilovlamağa ümid edir. Tayvan bu planın mühüm hissəsi kimi görülür".

İlqar Vəlizadə həmçinin deyir ki, tayvanlı separatçılar da bunu yaxşı bilirlər:
"Seçkilər zamanı Lai Tsinde adanın müdafiə qabiliyyətini möhkəmləndirmək üçün ABŞ-la sıx əməkdaşlıq edəcəyinə söz verib. Siyasətçi hərbi islahatların davam etdirilməsinin tərəfdarıdır. Bu da şübhəsiz ki, regionda hərbi-siyasi qarşıdurmanı gücləndirəcək, lakin bölgədə yaxşılığa doğru heç bir dəyişiklik olmadığı aydındır".
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkiləri qınayıb.

"Azərbaycan Respublikası "vahid Çin" siyasətini dəstəkləyir. Azərbaycan Tayvanın müstəqilliyini və keçirilən seçkiləri tanımır", - deyə Azərbaycan XİN-in bəyanatında bildirilir.

Həmçinin qeyd edilib ki, rəsmi Bakı Çinin daxili işlərinə müdaxilə edilməsinə qarşı çıxır.
Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi zamanı Çin nə separatçı rejimi, nə də onun qondarma "seçkilərini" tanımadan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.