RUSİYA

Rusiya XİN blogerin ölümündə ABŞ-ı günahlandırıb

Diplomat əlavə edib ki, Vaşinqtonun Kiyevə köçürdüyü maliyyə məbləğini nəzərə alsaq, Bayden administrasiyası ABŞ vətəndaşını Ukrayna həbsxanasından xilas etmək imkanına malik idi.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. ABŞ prezidenti Co Baydenin administrasiyası amerikalı bloger Qonzalo Liranın Ukrayna həbsxanasında ölümünə görə məsuliyyət daşıyır. Vaşinqton vətəndaşını azad etmək üçün Kiyevə təsirindən istifadə etməyib.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rossiya 1 telekanalının “Vladimir Solovyovla bazar axşamı” proqramında deyib.
"Ağ Ev, Dövlət Departamenti, Konqres öz vətəndaşı və amerikalı jurnalistlə bağlı vəziyyətdən xəbərsiz ola bilərdimi? Ola bilməzdilər, çünki Amerikanın aparıcı ictimai xadimləri həftələrdir bu işə diqqət çəkirdilər. ...Bəlkə də Ağ Ev sadəcə olaraq bu vəziyyətdə heç nə edə bilmədi? Doğru deyil! Tam əksi” - Zaxarova qeyd edib.
Diplomat əlavə edib ki, Vaşinqtonun Kiyevə köçürdüyü maliyyə məbləğini nəzərə alsaq, Bayden administrasiyası ABŞ vətəndaşını Ukrayna həbsxanasından xilas etmək imkanına malik idi.
"Onlar bütün bunları bilirdilər. Öz Amerika vətəndaşı və jurnalisti üçün ödəyəcək heç bir şeyləri yox idi, ondan sadəcə istehlak materialı kimi imtina etdilər" - Zaxarova deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Liranın Ukraynadakı həbsxanada öldüyünü təsdiqləyib. Amerikalı jurnalist Taker Karlson blogerin ölümü barədə məlumat vermişdi. O, ABŞ prezidenti Co Bayden administrasiyasını Baydenin özünü və Vladimir Zelenskini tənqid edən Liranın “həbsinə və işgəncələrə məruz qalması”na dair razılıq əldə etməkdə günahlandırmışdı.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bəyan etmişdi ki, Rusiya Federasiyası bu ölümün arxasında Kiyev rejiminin dayandığından əmindir. Bu rejim onun cinayət məntiqi ilə razılaşmayan hər kəsi məhv etməyə çalışır.