BAKI, 14 yanvar — Sputnik. Gənclər getdikcə daha çox xərçəng xəstəliyinə tutulurlar. ABŞ-da yaşı 50-dən aşağı olan insanlar arasında xərçəng diaqnozu qoyulma nisbəti 20 il ərzində 12,8% artıb.
"Wall Street" bu barədə "BMJ Oncology" jurnalında dərc olunmuş araşdırmaya istinadən yazıb.
Xəstələrin sayı bütün dünyada getdikcə artır.
"Xəstəlik getdikcə cavanlaşır. Ola bilsin ki, bu, ətraf mühitdə, yeməklərimizdə, dərmanlarımızda baş verən dəyişikliklərdən qaynaqlanır", - deyə nəşr doktor Andrea Çerçekdən sitat gətirib.
Bununla belə, bəzi ekspertlər qeyd ediblər ki, insanın həyat tərzi, əlbəttə ki, xəstəlik riskinə təsir edir, lakin bu, heç də əsas amil deyil.
"Gənc xəstələrin əksəriyyəti çox sağlamdır", - deyə kolorektal xərçəng cərrahı Dr. Nensi Yu qeyd edib.
Nəşr edilmiş araşdırmaya görə, mütəxəssislər onkoloji diaqnozun sürətinin artmasının dəqiq səbəbini hələ deyə bilmirlər.
Xatırladaq ki, bu günlərdə Azərbaycanın əməkdar artisti Aygün Bəylər (Hümbətova) xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun 48 yaşı var idi.