HADİSƏ

Bakı-Şamaxı yolunda avtobus qəzaya düşüb

Sərnişinlər digər avtobusla yola salınıb.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb.
“Report” verir ki, sürücü Adil Rzayev həmin ərazidə sərnişin düşürmək istəyib. Daha sonra isə yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb.
Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının 3-cü tağımının əməkdaşları cəlb olunub.
Sərnişinlər digər avtobusla yola salınıb. Sonra Adil Rzayevə məxsus avtobusun hərəkəti bərpa edilib.