BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın "Tesla" şirkəti Berlin yaxınlığındakı zavodda avtomobil istehsalını dayandıracaq. "Reuters" bu barədə "Tesla"nın bəyanatına istinadən xəbər verib.
Müvafiq qərar komponentlərin çatışmazlığı səbəbindən qəbul edilib. Təchizat problemləri Qırmızı dənizdə gəmilərə hücumlar nəticəsində logistika kəsildikdən sonra yaranıb.
Yanvarın 29-dan fevralın 11-dək istehsal, demək olar ki, tamamilə dayandırılacaq.
Bu arada ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim olan "Ənsar Alla" (Husi) hərəkatının hədəflərinə qarşı hərbi əməliyyata başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.