BAKI, 13 yanvar - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkilərlə bağlı açıqlama yayıb.
Bildirilir ki, Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.
"Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir", - deyə açıqlamada qedy olunur.
O da vurğulanır ki, Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir.
Qeyd edək ki, Tayvanda seçkilər 2024-cü il yanvarın 13-də keçirilib.
Qərb mediası yazır ki, sözügedən seçkilər 2024-cü ildə regional təsir uğrunda mübarizədə Pekin və Vaşinqton arasında ilk qarşıdurmanı qeyd edir və nəticə gərginliyi daha da artıracaq.
Ehtimal edilir ki, Tayvan hakimiyyəti Pekinlə münasibətlərdə status-kvonu saxlamağa çalışsa da, ABŞ-la da sıx əlaqələr quracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.