SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident seçkilərinə görə nə qədər müşahidəçi qeydiyyatdan keçib? Rəsmi açıqlama

Məzahir Pənahov deyib ki, namizədlərin, partiyaların verdiyi məlumata əsasən, müşahidəçilərin sayı 50 mini ötəcək.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, indiyə qədər qeydiyyatdan keçən müşahidəçilərin sayı 20 minə çatıb: "Namizədlərin, partiyaların verdiyi məlumata əsasən, müşahidəçilərin sayı 50 mini ötəcək".
Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. İndiyə qədər MSK 7 nəfərin prezidentliyə namizədliklərini qeydə alıb.