HƏRBİ

Müdafiə Nazirliyinin vəzifəli şəxsləri istefaya göndərildi

Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, yerli KİV-də Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilmsəi barədə xəbərlər yayılıb.
HƏRBİ
General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib