BAKI, 12 yanvar — Sputnik. Silahlarını Finlandiyada yerləşdirən ABŞ öz hərəkətləri ilə Rusiya ilə münaqişə yaratmağa çalışır.
Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X* (keçmiş Twitter) sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ABŞ qüvvələrinin bir hissəsi artıq Finlandiyadadır, orada raketlər də peyda ola bilər. Bu cür hərəkətlər Rusiya Federasiyasının xoşuna gəlməyəcək, çünki təhlükə onun ərazilərinə yaxındır.
Bu üsulla, Birləşmiş Ştatlar Finlandiyanı "hücum maqnitinə" çevirir.
"Qlobalist elitalar insanlara deyirlər: "Ruslar gəlir, ruslar gəlir". Bu absurddur! – deyə Makqreqor bəyan edib.
Əvvəllər bildirilirdi ki, ABŞ NATO-nun Rusiya ilə sərhədini möhkəmləndirmək üçün Finlandiyaya çoxlu silah tədarük etməli olacaq. Finlandiya ordusu tezliklə Amerikanın 64 ədəd beşinci nəsil "F-35A" qırıcısını alacaq.