BAKI, 12 yanvar - Sputnik. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, H.Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların komandanlarından biri olub.
Qeyd edək ki, H.Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların komandanlarından biri olub.
Xatırladaq ki, bu gün Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib", - məlumatda qeyd olunub.
***
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.