ELM

Diabet xəstələrinə şad xəbər: Dərmanınız tapıldı!

Bu dərmanın mənfi təsiri güclü qan durulmasıdır, çünki qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.
Sputnik
BAKI, 12 yanvar - Sputnik. Avstraliyanın Monaş Universitetinin tədqiqat qrupu gündəlik 100 mq aspirin qəbulunun 2-ci tip diabetin inkişaf riskini azaltmağa kömək etdiyini müəyyən edib.
Alimlərin araşdırmasının nəticələri “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri təxminən beş il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəlik 100 mq aspirin, ikincisi isə eyni miqdarda plasebo qəbul edib.
Tədqiqat zamanı 995 iştirakçıda II tip diabet inkişaf edib, birinci qrupda 459, ikinci qrupda isə 536 belə iştirakçı olub. Beləliklə, aspirin xəstəliyin inkişaf riskini 15% azaldıb. Müəlliflər bütün iştirakçıların sağlamlıq göstəricilərini təhlil etdikdən sonra birinci qrupdakı iştirakçılarda səhər saatlarında acqarına qanda qlükoza səviyyəsinin daha az artdığını aşkar ediblər.
Bununla belə, alimlər aspirinin mənfi təsirini – güclü qan durulmasını da təsdiqləyiblər. Bu, təhlükəli qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.