BAKI, 12 yanvar — Sputnik. Avropadakı NATO ölkələri Rusiyaya qarşı mübarizədə şans qazanmaq üçün ümumi nüvə qüvvələri yaratmalı olacaqlar.
Bu fikri ABŞ Prezidenti Ronald Reyqanın keçmiş müşaviri Daq Bendou "American Conservative" jurnalı üçün yazdığı məqalədə qeyd edib.
Ekspert etiraf edib ki, Rusiya ordusu Rusiya Federasiyasının nüvə arsenalını nəzərə almadan belə kollektiv Avropadan üstündür.
Onun fikrincə, öz kütləvi qırğın silahlarının olması avropalılara qüdrətli dövlətə qarşı şans verə bilər. Mütəxəssis diqqəti Paris və Londonun artıq nüvə arsenalına malik olduqlarına, lakin onların "şərti Baltikyanı dövlətlər naminə" silahdan istifadə etməyəcəklərinə diqqət çəkib.
Daq Bendou əmindir ki, Avropa dövlətlərinin Avropa İttifaqı və ya NATO tərəfindən idarə olunacaq kollektiv nüvə qüvvələrinə ehtiyacı var.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev uzaqmənzilli raketlər arzusunda olan Kiyevi Qərb silahlarının Rusiya ərazisinə hücumlarına qarşı xəbərdar edərək, bunun Moskvanın nüvə silahından istifadə etməsinə səbəb olacağını söyləmişdi.