RUSİYA

Rusiya məhkəməsi serb musiqiçinin ölkədən deportasiya olunması haqqında qərar çıxarıb

Petar Martiç "Pasoş" qrupunun və bir sıra digər layihələrin yaradıcılarından biridir.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Rusiya məhkəməsi serb musiqiçisi Petar Martiçin ölkədən deportasiya olunması haqqında qərar çıxarıb.
Məhkəmə narkotiki təbliğ etdiyinə görə serb musiqiçini Rusiyadan qovub.
Martiç həmçinin 20 min rubl cərimələnib.
Qeyd edək ki, Petar Martiç "Pasoş" qrupunun və bir sıra digər layihələrin yaradıcılarından biridir.