BAKI, 11 yanvar — Sputnik. Ermənistan İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin müstəntiqləri odlu silah gəzdirmək hüququna malik olacaqlar. Bu barədə Ermənistan Milli Assambleyasının Müdafiə və təhlükəsizlik komissiyasının iclasında "Silah dövriyyəsi haqqında" qanuna müvafiq dəyişikliklər qəbul edilib.
İclasda ölkənin daxili işlər nazirinin müavini Arpine Sarkisyanın qeyd edib ki, təklif hərbi müstəntiqlərin işinin xüsusiyyətləri ilə bağlıdır.
O, yalnız hərbi müstəntiqlərin pulemyot daşımaq hüququna malik olacağını vurğulayıb.
Sənəd Ermənistan Milli Assambleyasının plenar iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, "Silah dövriyyəsi haqqında" qanun 2023-cü il iyunun 1-dən qüvvəyə minib. Bundan sonra sənədə bir sıra dəyişikliklərin edilməsi təklif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.