RUSİYA

Çin Rusiya Federasiyasının milli sabitliyi və inkişafı qoruya biləcəyinə əmindir

Rusiya və Çin xarici işlər nazirliklərinin rəhbərləri arasında söhbət çərşənbə günü axşam baş tutub.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Çin əmindir ki, Rusiya Federasiyası özünün mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyacaq.
Bunu Çinin xarici işlər naziri Van İ Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında bildirib.
Rusiya və Çin xarici işlər nazirliklərinin rəhbərləri arasında söhbət çərşənbə günü axşam baş tutub.

"Çin qəti şəkildə inanır ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirə, milli sabitliyi və inkişafı qoruyub saxlaya biləcək", - deyə Çin Xarici İşlər Nazirliyi Vanq İdən sitat gətirib.

O əlavə edib ki, yüksək keyfiyyətli strateji əməkdaşlıq sayəsində hər iki ölkə nəinki öz daxili işlərini yaxşı idarə edir, həm də qlobal strateji sabitliyi qoruyub saxlayaraq beynəlxalq aləmdə aparıcı rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.