Mətbuat mərkəzi

Bakının yeni nəqliyyat strategiyası - ANONS

Tanınmış ekspert paytaxtın nəqliyyat infrastrukturunu qarşıdakı illərdə hansı dəyişikliklərin gözlədiyi barədə söhbət açacaq.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Son illər paytaxt sakinlərini ən çox narahat edən problemlərdən biri də yollardakı vəziyyət, daha dəqiq desək, mütəmadi olaraq müşahidə olunan tıxaclar, eləcə də ictimai nəqliyyatda yaranan problemdir.
Ona görə də Bakıda nəqliyyatın yeni inkişaf konsepsiyasında bu problemlərin həlli əsas yer tutur.
Belə ki, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması məqsədilə paytaxtın şərq və qərb hissələri arasında nəqliyyatın hərəkəti zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərətrafı dairəvi avtomobil yollarına çıxışını təmin etmək, habelə mövcud avtomobil yollarında həddindən artıq yüklənmənin qarşısını almaq; gələcəkdə yeni alternativ yol infrastrukturunun yaradılması nəzərdə tutulur. 2040-cı ilə qədər Bakıda yol şəbəkəsinin uzunluğu təqribən 368,7 km-ə çatdırılacaq.
Azərbaycanın nəqliyyat sahəsində tanınmış eksperti Rauf Ağamirzəyev yanvarın 16-da saat 14.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Bakının nəqliyyat infrastrukturunu qarşıdakı illərdə daha hansı dəyişikliklərin gözlədiyi barədə danışacaq.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.