BAKI, 11 yanvar — Sputnik. Ötən il Azərbaycanda hasil edilmiş 30,2 mln. ton neftin (kondensatla birlikdə) 25,2 mln. tonu ixrac olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə ölkədə 3,2% artımla hasil edilmiş 48,3 mlrd. kubmetr qazın 23,8 mlrd. kubmetri ixrac olunub.
"2023-cü ildə operativ məlumatlara əsasən, hasil edilmiş 30,2 mln. ton neftin (kondensatla birlikdə) 25,2 mln. tonu ixraca nəql edilib. Bu dövrdə 3,2% artımla hasil edilmiş 48,3 mlrd. kubmetr qazın 23,8 mlrd. kubmetri ixrac olunub", - paylaşımda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.