AZƏRBAYCAN XƏBƏRLƏRİ

Güclü külək nə vaxt dayanacaq?

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-u saat 09.00 -a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.
Gülşad Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək .
08.01.24, 15:44
Azərbaycanda güclü külək gözlənilir
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.