VİDEO

Bakıya ilk qar dənəcikləri düşüb

Bakıya bu il ilk dəfə yaş qar yağmağa başlayıb. Ətraflı məlumat üçün Sputnik Azərbaycan videosuna baxın.
Sputnik
Yanvarın 10-da səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında sulu qar yağıb.
Respublika Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yağıntının axşama doğru tədricən azalacağı gözlənilir. Güclü şimal-qərb küləyi gün ərzində zəifləyəcək.
Yağışlı hava şəraiti yanvarın 12-dək davam edəcək.