AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb

Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 0.20 qəpik artım olub.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb.
Trend-in məlumatına görə, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 0.20 qəpik artım olub.
Belə ki, "Azərbaycan", "Bakinskiy raboçi", "İki sahil", "Respublika", "Xalq", "Yeni Azərbaycan" qəzetləri 0.20 qəpik bahalaşaraq 0.60 qəpiyə satılır.
"Ejednevnıe Novosti" qəzetinin qiyməti isə 0.30 qəpik bahalaşaraq 0.80 qəpik olub. "Xalq Cəbhəsi" qəzeti isə 0.10 qəpik bahalaşaraq 0.40 qəpiyə satılır.