BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın "Fox News" telekanalının aparıcısı Cessi Uotters ABŞ-ın sabiq birinci xanımı Mişel Obamanın qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasının "B planı" ola biləcəyini söyləyib və Co Baydenə ondan ehtiyatlanmağı məsləhət görüb.
Bu barədə Rusiya mediası aparıcının telekanalın efirində müvafiq açıqlamalarına istinadən xəbər verib.
Uottersin nöqteyi-nəzərindən, Baydenin qarşıdan gələn seçkilər üçün planı "təşviqat aparmamaq və ya diskussiya etməməkdir" və bu cür fəaliyyət isə onun prezidentlik yarışında məğlub olmasına səbəb ola bilər.
"Ancaq mən Co Baydenin yerində olsaydım, kimdən daha çox qorxacağımı bilmirəm – Trampdan, yoxsa ondan (Mişel Obamadan)" - telekanalın aparıcısı bildirib.
Bu yaxınlarda ABŞ-ın sabiq birinci xanımı Mişel Obama deyib ki, qarşıdan gələn prezident seçkiləri onun gecələr yatmasına belə mane olur.