BAKI, 9 yanvar — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin son bir ildə itkiləri 215 min nəfəri və 28 min ədəd silahı ötüb.
Bunu Rusiya Federasiyasınınmüdafiə naziri Sergey Şoyqu bu ilin ilk konfransında bildirib.
Nazirin qeyd etdiyi kimi, Ukrayna qoşunlarının ehtiyatları tükənir. Döyüş meydanında isə heç bir nəticə yoxdur. Kiyev rejimi öz əsgərlərini müqavimət göstərməyə məcbur etməkdə davam edir, lakin bu cür hərəkətlər münaqişəni yalnız uzadacaq.
"Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə ardıcıl olaraq nail olmağa davam edəcəyik", - deyə Şoyqu vurğulayıb.
Bundan əvvəl Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri XHƏ-nin fəaliyyətə başlamasından indiyədək yarım milyona yaxın həlak olan və ağır yaralanan hərbçisini itirib. Lutsenko, həmçinin belə bir fikir bildirib ki, hakimiyyət təmas xəttində itkilərin miqyası barədə həqiqəti söyləməli, onları Rusiya ordusunun zəifliyinə inandıraraq telemarafonlarda aldatmamalıdır.