BAKI, 9 yanvar — Sputnik. Ukrayna münaqişəsi illərində nə Avropa İttifaqı (Aİ), nə də Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə qarşıdurma strategiyası hazırlaya bilməyib.
Bu barədə Rusiya mediası polşalı general Valdemar Skşipçakın Polşanın "Rzeczpospolita" qəzetinə söylədiklərinə istinadən xəbər verib.
"Rzeczpospolita" ilə söhbətində o qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin heç bir xüsusi problemi yoxdur, çünki o, Aİ və NATO-nun heç nə edə bilməyəcəyini bilir. Skşipçak Rusiya ordusunun təmas xəttində irəlilədiyi bir vaxtda Kiyevə dəstəyin zəiflədiyi fikrini də ifadə edib. Bu, Ukrayna qoşunları üçün ən pis ssenaridir.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüləri xüsusi hərbi əməliyyat (XHƏ) zonasının şərqindəki ağır vəziyyətdən şikayətləniblər. Artıq onların nə gücü, nə də silahı qalıb. Rusiya qoşunları isə daha da güclənir və Ukraynanın dərinliklərinə doğru irəliləyirlər.
Bu yaxınlarda Rusiya desantçıları Zaporojye istiqamətində USQ-nin piyadalarını məhv etmək üçün FPV pilotsuz təyyarələrindən (dronlar) və kvadrokopterlərdən istifadə ediblər.