CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Greencard Azerbaijan” şirkətinin direktoru saxlanılıb

Onun barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfində müəyyən olunaraq saxlanılıb.
"Report" xəbər verir ki, onun barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.
Bildirək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad"MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.