Azərbaycan üçün xokkey və fiqurlu konkisürmə kimi ekzotik idman növlərinə ölkədə kifayət qədər maraq var. Fiqurlu konkisürmə bölməsində artıq on dörd qız məşğul olur. Dərsləri beynəlxalq dərəcəli idman ustası, Rusiya çempionatının ikiqat mükafatçısı, əfsanəvi Tatyana Tarasovanın tələbəsi, məşqçi Vitali Novikov aparır.
Arenanın direktoru Natiq İbrahimov agentliyə müsahibəsində qeyd edib ki, uşaqlar getdikcə daha çox buz üzərində qalmaq istəyirlər, bəzən hətta evə getmək belə istəmirlər.