DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə nə qədər pul itirdiyi məlum olub

"La Nouvelle Tribune" nəşri belə qənaətə gəlib ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı effektiv şəkildə fəaliyyət göstərməkdə davam edir.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar səbəbindən artıq 500 milyona yaxın avro itiriblər.
Bunu Almaniyanın Bundestaqının deputatı Matias Moosdorf "İzvestiya"ya müsahibəsində deyib.
Parlament üzvünün fikrincə, sanksiyalar yalnız Qərbə təsir edir, Rusiya Federasiyasında isə əksinə, "mühasirəyə alınmış qala" mentaliteti gücləndirilir.
"Aİ üçün sanksiyaların faktiki xərcləri çox güman ki, artıq 500 milyon avronu keçib", - deyə deputat qeyd edib.
"La Nouvelle Tribune" nəşri belə qənaətə gəlib ki, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı effektiv şəkildə fəaliyyət göstərməkdə davam edir, texnologiya sektorunda isə RF etalon olaraq qalır. Jurnalistlər qeyd ediblər ki, bu gün Rusiyada çox sayda texnoloji layihələr həyata keçirilir və onların bəzilərini inqilabi hesab etmək olar.
Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov bu yaxınlarda bildirib ki, ABŞ və Avropa Rusiyaya qarşı tətbiq etdikləri bütün sanksiyaları ləğv etsə belə, Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək. Biznes ombudsmanı izah edib ki, Qərblə münasibətlər artıq keçmiş mərhələdir, gələcək isə Şərqlədir. O əlavə edib ki, məhz şərq regionları Rusiya ilə dost olmaq və ticarət-iqtisadi əlaqələri gücləndirmək istəyir.