BAKI, 8 yanvar — Sputnik. Rusiyada martda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyinin irəli sürməsini dəstəklənmək üçün artıq 1,3 milyondan çox imza toplanıb.
Bunu 52 saylı Moskva xəstəxanasının baş həkimi, hazırkı prezidentin seçki qərargahının həmsədri Maryana Lısenko deyib.
Lısenko həmçinin imzatoplama üzrə işlərin davam edəcəyini bildirilib və imzaların sayının artacağına ümid etdiyini də vurğulayıb.
"Bu günə qədər Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədimiz Vladimir Vladimiroviç Putini dəstəkləmək üçün 1,3 milyondan çox imza toplanıb. İş davam edəcək və ümid edirik ki, bu rəqəm artacaq" - Lısenko qeyd edib.
Həkim onu da xatırladıb ki, qanuna uyğun olaraq imzaların toplanması yanvarın sonuna qədər davam edəcək.
Sonradan məlum olub ki, hazırkı dövlət başçısı sənədləri təqdim etmək üçün Mərkəzi Seçki Komissiyasına gedib. Prezident yeni müddətə partiyadan deyil, müstəqil namizəd kimi iştirak edəcəyini də bildirib.
Xatırladaq ki, Vladimir Putin seçkilərdə beşinci dəfə iştirak edəcək. O, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərarını dekabrın 8-də Vətən Qəhrəmanları Günü şərəfinə keçirilən mükafatlandırma mərasimindən sonra Donetsk qanunvericilik məclisinin spikeri polkovnik Artyom Joqa ilə söhbəti zamanı bildirib. Sonradan məlum olub ki, hazırkı dövlət başçısı sənədləri təqdim etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) gedib.
Prezident yeni müddətə partiyadan deyil, müstəqil namizəd kimi iştirak edəcəyini də bildirib. Seçki kampaniyası rəsmi olaraq dekabrın 7-də elan edilib. MSK-nin qərarına əsasən, dövlət başçısı seçkilərində səsvermə ilk dəfə olaraq üç gün ərzində - 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.