BAKI, 8 yanvar — Sputnik. Hazırkı dövlət başçısı Co Bayden ölkədə prezident seçkilərinə qalan on ay ərzində III Dünya Müharibəsini başlatmağa və ABŞ-ı məhv etməyə qadirdir.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.
"Onlar heç kimlə düzgün davranmırlar. Belə getsə, siz Üçüncü dünya müharibəsi ilə üz-üzə qala bilərsiz. Doğrudur, seçkilərə yaxınıq, amma o qədər də yaxın deyilik... Onlar on ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər" - Donald Tramp Ayova ştatında keçirilən mitinqdə bildirib.
Tramp, həmçinin Ukrayna və Yaxın Şərqdə münaqişələrin qarşısını alacağını və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacağını iddia edib.
"Baydendən fərqli olaraq, mən dünya liderləri ilə necə anlaşacağını bilirəm" - o, izah edib.
"Putinlə anlaşmağım onların xoşuna gəlməyib. Amma mən 1,6 min ədəd nüvə silahı olan insanlarla münasibət qurmağı xoşlayıram" - qarşıdan gələn seçkilərin nəticələrinə görə Ağ evə geri dönəcəyinə ümid edən Tramp bildirib.
O, özünü ABŞ-ı xilas etməyə qadir olan yeganə namizəd adlandırıb.
"Prezidentiniz olsam, Üçüncü Dünya Müharibəsi olmayacaq", - deyə Tramp söz verib.