BAKI, 8 yanvar — Sputnik. Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub. Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ABŞ bazasına 30 raket atılıb, raket zərbələri Suriyadan həyata keçirilib.
Fələstin-İsrail münaqişəsinin kəskinləşəndən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ bazalarına, eləcə də Suriyadakı ABŞ hərbçilərinə mütəmadi olaraq hücumlar edilir. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.
ABŞ ordusu Suriyanın şərqində və şimal-şərqində ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Əl-Həsəkə və Rakka əyalətlərindəki ərazilərə qanunsuz nəzarət edir. Rəsmi Dəməşq dəfələrlə Amerika hərbçilərinin öz ərazilərində olmasını açıq-aşkar neft oğurluğu məqsədilə işğal və dövlət quldurluğu adlandırıb.